Bu Komitə dövlət büdcəsinə vergi və rüsumları azaldıb - 28 faizə yaxın

15:19 - 10.09.2020


10 sentyabr, Fineko/abc.az. Bildiyiniz kimi Dövlət Gömrük Komitəsi bu ilin 8 ayı ərzindən dövlət büdcəsinə daxil olan vəsaitin həcmini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə ƏDV üzrə daxilolmalar isə 4,2% azalaraq 1 883 573,7 min manata bərabər olub.

Aksizlər üzrə cari ilin səkkiz ayı ərzində daxilolmalar 51,3% azalaraq 89 906,9 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 24 138,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 18% azdır.

Bu ilin avqust ayında Komitənin xətti ilə dövlət büdcəsinə 285 263,5 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 27,7%, bu ilin iyul ayı ilə müqayisədə isə 16,1% azdır.

 

Bütün xəbərlər