330x110
 

Gürcüstanda bu gəlirlər kəskin azalıb – İqtisadiyyata böyük zərbə

10.09.2020,15:23


10 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstanın turizm gəlirləri illik müqayisədə 78% və ya 1,8 mlrd. ABŞ dollar azalaraq 483 mln. dollar təşkil edib.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə nazirinin müavini Giorgi Kakauridze bildirib.

Onun sözlərinə görə, pandemiya dövründə ən böyük zərbə turizm sektoruna dəyib. Nazir müavini qeyd edib ki, cari ilin 8 ayı ərzində Gürcüstanın vergi gəlirləri də ötən illə müqayisədə 330 mln. lari (106,3 mln. dollar) azalıb.