Nazirlikdə yeni təyinat - Telviziya aparıcısı bu qurumda işləyəcək

15:30 - 10.09.2020


10 sentyabr, Fineko/abc.az. "Azad Azərbaycan" televiziya kanalında yayımlanan "İqtisadi zona" verilişinin aparıcısı Günel Bəhramqızına vəzifə verilib.

ABC.AZ-ın məlumatına görə, bunu aparıcı özü bildirib.

Belə ki, xanım aparıcı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun müdiri vəzifəsinə təyinat olub.

G. Bəhramqızı indiyə qədər nazirlik yanında Dövlət Vergi Xidmətində çalışıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər