Yanvarın 31-də gözlənilən hava haqqında məlumat təqdim edilib

14:17 - 30.01.2018


30 yanvar, Fineko/abc.az. Sabah Bakıda və Abşeronda hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata əsasən, paytaxtda və yarımadada  sabah duman və arabir güclənən cənub-qərb küləyi  gözlənilir.

Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti,  Bakıda gecə  1 dərəcəyədək  şaxta, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Rayonlarda yanvarın 31-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı bildirilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclənəcək.

Gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

 

Bütün xəbərlər