Jurnalist olmaq istəyənlər imtahan verəcək – Sabah

15:51 - 10.09.2020


10 sentyabr, Fineko/abc.az Dövlət İmtahan Mərkəzi sentyabrın 11-də 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

ABC.AZ xəbər verir ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.

 

Bütün xəbərlər