Ən çox tütün yığılan rayonlar – Siyahı

16:59 - 10.09.2020


10 sentyabr, Fineko/abc.az. Şimal-qərb bölgəsi rayonlarında fermerlərdən 6 min 447,5 ton yaşıl tütün yığılıb.

ABC.AZ-ın məlumatına görə, Şəki rayonu üzrə istehsalçılardan 2408 ton 910 kiloqram, Balakən rayonu üzrə 1492 ton 390 kiloqram, Zaqatala rayonu üzrə 1418 ton 25 kiloqram, Qax rayonu üzrə isə 1128 ton 175 kiloqram yaşıl tütün kütləsi qəbul edilib.

Hazırda bu rayonlardakı emal məntəqələrində 224 kameraya qurudulmaq üçün yaş tütün qoyulub. Eyni zamanda, bu günədək emal məntəqələrində 687 ton 243 kiloqram quru tütün istehsal olunaraq anbarlara yığılıb.

 

Bütün xəbərlər