Neft ucuzlaşır və ikinci həftəni aşağı qiymətlə başa çatdıra bilər, Brent isə bir barrelə 39,93 dollar təşkil edir

10:10 - 11.09.2020


11 sentyabr, Fineko/abc.az. Cümə günü keçirilən  ticarət zamanı neftin qiyməti tən gün ABŞ-da ehtiyatlar haqqında dərcdən sonra və tələblə bağlı narahatlıqlar fonunda azalır.

9: 30-da London ICE Futures neft birjasında Brent-in noyabr fyuçersi 0,13 (0,32%) – barrel başına 39,93 dollara düşdü. Sentyabrın 10 – da keçirilən hərracların nəticələrinə görə Brent markalı neftin qiyməti $0,73 (1,79%) – barrel başına $40,06-dək azalıb.

9: 30-da, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin oktyabr ayına olan fyuçers ticarətində, 0,08 (0,21%) – bir barel başına 37,22 dollara düşdü. Sentyabrın 10 – da keçirilən hərracların nəticələrinə görə, WTI markalı neft $0,75 (1,97%) – barrel başına $37,30-a düşüb.

Bununla yanaşı, neftin qiyməti ardıcıl olaraq ikinci həftə eniş nümayiş etdirə bilər.

ABŞ Energetika Nazirliyinin həftəlik hesabatına əsasən, ötən həftə ölkədə kommersiya neft ehtiyatları 2,03 mln. barrel artıb. Benzin ehtiyatları 2,95 milyon barel, distillatlar 1,68 milyon barel azalıb.

ABŞ Neft İnstitutunun (API) ötən gün dərc etdiyi məlumata görə, sentyabrın 4-də başa çatmış həftə ərzində ABŞ-da neft ehtiyatları 3 milyon barel, distillatlar 2,3 milyon barel artıb, benzin ehtiyatları isə 6,9 milyon barel aşağı düşüb.

 

Bütün xəbərlər