Dövlət qurumunun tenderini Türkiyə şirkəti qazandı – Müqavilə

10:53 - 11.09.2020


11 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Tikinti işlərinin yerinə yetirilməsi" üçün elan etdiyi tenderin qalibi müəyyənləşib.

ABC.AZ xəbər verir ki, sözügedən işləri görmək üçün qalib Türkiyənin şirkəti seçilib.

Dövlət Vergi Xidməti qalib olan "Tekfen İnşaat ve Tesisat Anonim Şirketi (A.Ş.) şirkət ilə məbləği 6 milyon 316 min manat olan müqavilə imzalayıb.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin yeni inzibati binası "Tekfen İnşaat ve Tesisat Anonim Şirketi (A.Ş.)" tərəfindən inşaa olunur.

 

Bütün xəbərlər