Azərbaycan iş adamlarının diqqət mərkəzində - Beynəlxalq forum keçiriləcək

11:49 - 11.09.2020


11 sentyabr, Fineko/abc.az. Bakıda Sahibkarların I beynəlxalq onlayn forumu keçiriləcək.

ABC.AZ-ın məlumatına görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunacaq onlayn forumun məqsədi koronavirus (COVID-19) pandemiyası şəraitində və post pandemiya dövründə sahibkarların motivasiya edilməsi və beynəlxalq təcrübənin öyrənilməsidir.

Onlayn foruma Türkiyə, Almaniya, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Rusiya, Pakistan, İspaniya və s. kimi ölkələrdən iştirakçı və spiker qismində iş adamları qatılacaq.

 

Bütün xəbərlər