Gürcüstanda COVİD-19 xəstələrinin sayı sürətlər artır – Rekord yoluxma

11.09.2020,11:57


11 sentyabr, Fineko/abc.az. Son günlər Gürcüstanda virusa yoluxanların sayı sürətlə artmaqda davam edir.

ABC.AZ xəbər verir ki, bu gün yoluxma sayı yenidən rekord səviyyədə qeydə alınıb.

Belə ki, son 24 saat ərzində ölkə üzrə 87 yeni yoluxma qeydə alınıb. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 20 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 1,917 nəfərə çatıb. Onlardan 1,354 nəfəri isə tam olaraq sağalıb. Ümumilikdə 19 nəfər sözügedən virusdan həyatını itirib.

Müəllif: Elmir Murad