Sahibkarlara 50 milyon manat vəsait veriləcək – Köçürülmə başlanılıb

14:18 - 11.09.2020


11 sentyabr, Fineko/abc.az. Fərdi sahibkarlara ikinci maliyyə dəstəyi proqramı çərçivəsində pandemiyadan zərər çəkən sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə görə ödənilməli vəsaitlərin növbəti hissəsinin köçürülməsinə başlanıb.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a verilən məlumata görə, vergi ödəyicilərinə ayrılacaq maliyyə vəsaitinin köçürülməsi üçün müvafiq məlumatlar Maliyyə Nazirliyinə təqdim edilib. Növbəti ödəmələr çərçivəsində 21 712 vergi ödəyicisinin 223 799 muzdlu işçisinə görə 50 mln. manat vəsaitin köçürülməsi nəzərdə tutulur.

Qeyd edək ki, maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində vəsaitlər avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödənilməsi nəzərdə tutulub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər