Müəllimlərə gül dəstəsi aparılması yığışdırılır? – Nazir müşavirindən açıqlama

17:33 - 11.09.2020


11 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib.

ABC.AZ xəbər verir ki, mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bir sıra məsələlərə, o cümlədən şagirdlərin dərs ili başlayanda müəllimlərə gül dəstəsi verməsinə toxunaraq bunu lazımsız olduğunu bildirib.

O, qeyd edib ki, müəllimlərə gül dəstəsinin aparılması ilə bağlı məsələ əslində qanunla tənzimlənmir: "Biz valideynlərə müraciət edirik ki, güllərin gətirilməsi lazım deyil, bu infeksiyaya səbəb ola bilər. İstəyirik ki, valideynlər də bizi başa düşsünlər. Çalışın hansısa formada uşaqlara dəstək olun”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər