Avropa Komissiyası Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişafı üçün Azərbaycana 1 milyon avro ayırıb

15:54 - 30.01.2018


30 yanvar, Fineko/abc.az. Avropa Komissiyası Bakı Beynəlxalq Dəniz Ticarət Limanının  inkişafı üçün Azərbaycana texniki yardım göstərir.

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey jurnalistlərə açıqlamasında deyib ki, texniki yardımın məbləği 1 milyon avro təşkil edir.

“Bakı Limanı Avropa və Asiya arasında ticarət dövriyyəsində mühüm yer tutur. Bakı Limanı və bir sıra beynəlxalq dəhlizlərin Azərbaycandan keçməsi buranı tranzit ölkəyə və logistika mərkəzinə çevirir. Azərbaycan bu sahədə mühüm planlar üzrə çalışır. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi də bu planlara daxildir və mühüm addımdır”, - bunu H.Hololey deyib.

 

Bütün xəbərlər