330x110
 

Bank VTB (Azərbaycan) –ın müştəriləri təmassız ödənişlərdə qazanacaqlar

14.09.2020,09:53


14 sentyabr, Fineko/abc.az. Bank VTB (Azərbaycan)-ın Visa kart sahibləri təmassız ödəniş zamanı keşbek əldə edəcək. İndi smartfonla ödəniş etmək həm rahat, həm sərfəlidir. Ay ərzində 5 manatdan başlayan on və daha çox ödəniş edən müştərilərə 25 manat geri qayıdacaq. Aksiya 10 oktyabr 2020-ci ilədək qüvvədədir.

Xatırladaq ki, bank VTB (Azərbaycan)-ın Visa kart sahibləri NFC funksiyasını dəstəkləyən Android platformalı smartfon vasitəsilə təmassız ödəniş edə bilər. Bunun üçün Direct Pay By VTB əlavəsini (Play Marketdə mövcuddur) mobil telefona yükləmək lazımdır. Ödənişi etmək üçün mobil telefonu təmassız ödənişi dəstəkləyən istənilən POS-terminala yaxınlaşdırmaq kifayətdir.

Linkə keçid edərək smartfon vasitəsilə təmassız ödəniş haqqında ətraflı məlumat əldə etmək mümkündür.

 

Açar sözlər: VTB