“SOCAR-Petroleum” yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verdi

10:41 - 14.09.2020


14 sentyabr, Fineko/abc.az. Bu gün Salyan şəhəri, Bakı-Astara yolunun 119-cu km-də "SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

ABC.AZ  report-a istinadən xəbər verir ki, bununla da ümumilikdə respublikamızda “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 35-ə çatdırılıb.

Yeni istifadəyə verilmiş məntəqədə 7 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

 

Bütün xəbərlər