330x110
 

Baktelecom tender elan edir

14.09.2020,11:01


14 sentyabr, Fineko/abc.az. “Baki Telefon Rabitəsi” MMC GPON texnologiyasının tətbiqi ilə mənzillərin telefonlaşdırılması, LTE (Simsiz Telefon Rabitəsi) tətbiqi ilə baza stansiyalarının quraşdırılması və şəbəkənin genişləndirilməsi məqsədi ilə tender keçirir.

Tenderdə iştirak haqqı 2000 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 19.10.2020 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 27.10.2020 17:00  qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 28.10.2020 11:00 tarixində aparılacaq.

Telefon: (994 12) 498 39 29