330x110
 

Bəzi xırda sığorta şirkətləri heç üzvülük haqqını verə bilmir – ASA sədri

14.09.2020,11:55


14 sentyabr, Fineko/abc.az. Sığorta şirkətlərinin bir müddətdən sonra bağlanması təəssüf doğurur.

ABC.AZ-ın məlumatına görə, bunu bu gün Azərbaycan Sığortaçılar Asossasiyasının müşahidə şurasının sədri Azər Əliyev ASA-nın yeni konsepsiyasının təqdimatında bildirib.

O qeyd edib ki, bu gün bazarda 10 dənə sığorta şirkəti olsa və onlardan 5-i daha peşəkar olsa o zaman bazar daha keyfiyyətli inkişaf edər.

A.Əliyev bazardakı kiçik sığorta şirkətlərinin fəaliyyətinə də toxunub: "Bu gün bəzi xırda sığorta şirkətləri heç üzvülük haqqını verə bilmir. Onlar əgər üzvülük haqqını verə bilmirsə müştəriyə ödənişi necə verəcək?. Bizim üçün əsas müştri məmnuniyyətidi. Ona görə də sığorta şirkətləri fəaliyyətlərini daha da təkmilləşdirməlidir".

Müəllif: Elmir Murad