Sığorta bazarında şirkətlərin birləşməsi gözlənilirmi? – Açıqlama

12:17 - 14.09.2020


14 sentyabr, Fineko/abc.az. Yaxın zamanlarda sığorta şirkətlərinin birləşməsi prosesi gözlənilmir.

ABC.AZ-ın məlumatına görə, bunu bu gün Azərbaycan Sığortaçılar Asossasiyasının müşahidə şurasının sədri Azər Əliyev ASA-nın yeni konsepsiyasının təqdimatında bildirib.

O bunun səbəbini belə izah edib: "Azərbaycanda sahibkarlar həmişə çalışır ki, sığorta şirkətini almasın. Bizdə sahibkar çalışırlar ki, onun birbaşa sahibi olsunlar".

ASA sədri Azərbaycan sığorta bazarında yaxın zamanda baş verəcək yeniliklərə də toxunub.

"Türkiyə Azərbaycanın sığorta bazarına kömək eləməkdə maraqlıdır. Bununla bağlı iki ölkənin sığortaçıları arasında təlimlər də planlaşdırılır" deyə Müşahidə Şurasının sədri bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər