ASA ekspert qrupu yaradır – Anonsu verildi

12:34 - 14.09.2020


14 sentyabr, Fineko/abc.az. Yaxın vaxtlarda Azərbaycan Sığortaçılar Asossasiyasında (ASA) ekspert qrupu yaradılacaq.

ABC.AZ-ın məlumatına görə, bunu bu gün ASA-nın yeni konsepsiyasının təqdimatında qurumun icraçı direktorunun müşaviri Məmməd Ağayev deyib.

Onun sözlərinə görə, həmin ekspert qrupu istənilən sığorta şirkətindəki hadisə ilə bağlı açıqlama ilə çıxış edəcək.

"Bu isə sığorta hadisələri barədə aşkarlığı təmin edəcək. Sözügedən qrupla bağlı yaxın zamanlarda mediaya əlavə məlumat veriləcək" - deyə M. Ağayev qeyd edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər