İlin sonuna kimi 2 sığorta şirkəti bağlana bilər - ASA sədri

12:54 - 14.09.2020


14 sentyabr, Fineko/abc.az. Sığorta bazarında 2 şirkət var ki, keyfiyyətli işləmirlər.

ABC.AZ-ın məlumatına görə, bunu bu gün Azərbaycan Sığortaçılar Asossasiyasının müşahidə şurasının sədri Azər Əliyev ASA-nın yeni konsepsiyasının təqdimatında bildirib.

O ilin sonuna kimi bağlanma ehtimalı olan sığorta şirkətlərindən də danışıb: "Bağlanma ehtimalı olan sığorta şirkətləri ilə bağlı bizdə başqa, Mərkəzi Bankda ayrı bir məlumat var. Amma mən hesab edirəm ki, bununla bağlı daha dəqiq məlumat Mərkəzi Bankdadı. Çünki Mərkəzi Bank sığorta bazarı ilə bağlı çox geniş və ciddi işlər görürlər. Ona görə də hesab edirəm ki, Mərkəzi Bank keyfiyyətli işləməyən şirkətlərə artıq dözməyəcək. Həmin sığorta şirkətlərini ya aktiv işləməyə məcbur edəcək, ya da onları bağlayacaq".

 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər