Türkiyənin əmək və sosial müdafiə naziri Bakıya gəlir

16:36 - 30.01.2018


30 yanvar, Fineko/abc.az. Türkiyənin əmək və sosial müdafiə naziri  Jülidə Seriyeroğlunun Bakıya səfəri gözlənilir. 

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyildiyi kimi, nazirin səfəri yanvarın 31-dən fevralın 3-nə qədər davam edəcək.

“Səfərin ilk günündə nazirin  rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra rəsmi görüş keçirəcək, ikinci gün isə,  Azərbaycan və Türkiyə nazirlikləri arasında  əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyasının iclasının yekun protokolu keçiriləcək və imzalanacaq”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər