Muzdla çalışanların ən çox artdığı sektorlar - Siyahı

14:35 - 14.09.2020


14 sentyabr, Fineko/abc.az. 2020-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 min nəfər və ya 4,2 faiz artaraq 1681,2 min nəfər olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 909,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 771,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,5 faizi təhsil, 18,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1 faizi sənaye, 8,4 faizi tikinti, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər