Bu evlərin tikintisinə 21 milyon manatdan çox vəsait xərclənəcək – Müqavilə imzalandı

14:52 - 14.09.2020


14 sentyabr, Fineko/abc.az "MİDA“ MMC-nin Gəncə şəhərindəki yaşayış kompleksinin tikintisi üzrə elan etdiyi tenderin qalibləri məlum olub.

ABC.AZ-ın məlumatına görə, tenderdə qalib elan olunan "Amal Group“ MMC (NN Group MMC konsorsium) və "Müasir Tikintilər“ MMC şirkətləridir. Mənzil İnşaatı Dövlət Agentliyi artıq hər 3 şirkətlə cəmi məbləği 21 milyon 513 min 845 manat olan müqavilələr bağlayıb.

Belə ki, Agentlik 9 mərtəbəli 2 və 12 mərtəbəli 3 yaşayış binalarının tikintisi üçün 15 milyon 179 min 898 manat və 9 mərtəbəli 2 yaşayış binasının tikintisi üçün 6 milyon 333 min 947 manat ödəyəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər