Aşağı gəlirli əhali üçün pulsuz bank xidmətləri göstəriləcək - Paket hazırlanacaq

15:48 - 14.09.2020


14 sentyabr, Fineko/abc.az. Azərbaycan Banklar Assosiasiyasında (ABA) aşağı gəlirli əhali qrupları üçün pulsuz baza bank xidmətlərinin tətbiqi üzrə Mərkəzi Bankın hazırladığı təkliflər paketi ilə bağlı müzakirələr aparılıb.

ABC.AZ ABA-ya istinadla xəbər verir ki, iclas zamanı ödəniş kartlarının müəyyən hissəsinə uyğun bank hesablarının açılmamasının ölkədə rəqəmsal ödənişlərdən istifadənin əhatə dairəsinin genişləndirilməsi məqsədilə nəzərdə tutulmuş bir çox tədbirlərin effektiv icrasına maneələr yaratması, həmçinin aşağı gəlirli əhali qrupları üçün pulsuz baza bank xidmətlərinin tətbiqi üzrə Mərkəzi Bank tərəfindən hazırlanmış təkliflər paketi istiqamətlərində müzakirələr aparılıb.

Bütün xəbərlər