16:54 - 30.01.2018
30 yanvar, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yatağının işlənməsi üzrə yeni razılaşma çərçivəsində ilk bonus ödənişi keçirilib.
ARDNF-ın məlumatında deyildiyi kimi, ödənişin məbləği 450 milyon dollar təşkil edib.
Bu saziş çərçivəsində səkkiz il ərzində xarici sərmayəçilər tərəfindən ARDNF-ə ümumilikdə 3,6 mlrd. ABŞ dolları həcmində bonus ödənişi edilməsi nəzərdə tutulur.
AÇG blokunun işlənməsinə dair müqavilə 1994-cü ildə imzalanıb. 14 sentyabr 2017-ci il tarixində Bakıda 2050-ci ilə qədər AÇG yataqlar blokunun işlənilməsinə dair yeni müqavilə imzalanmışdır.
Layihə, “BP” - 30,37%, “AzACG” (SOCAR) - 25,00%, “Chevron” - 9,57%, “Inpex” - 9,31%, “Statoil” - 7,27%, “ExxonMobil” - 6,79%, “TP” - 5,73%, “Itochu” - 3,65%, “ONGC VideshLtd” (OVL) - 2,31% şirkətləri tərəfindən həyata keçirilir.
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024