330x110
 

Bakıda daha 18,8 hektar ərazidə sosial evlər inşa olunacaq – Müqavilə imzalandı

14.09.2020,16:23


14 sentyabr, Fineko/abc.az. "MİDA" MMC Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərbində 18,8 hektar ərazidə inşa olunacaq yaşayış kompleksinin layihəsinin hazırlanması ilə bağlı elan etdiyi açıq tenderin qalibi müəyyənləşib.

ABC.AZ-ın məlumatına görə, tenderin qalibi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Layihə İnstitutu olan "Azərdövlətlayihə"-dir.

Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus  "MİDA" MMC artıq qalib şirkətlə məbləği 637,6 min manat olan müqavilə bağlayıb.