Bakıda 18 məktəbin direktoru işdən çıxarılıb – Siyahı

16:46 - 14.09.2020


14 sentyabr, Fineko/abc.az. Yeni dərs ili ərəfəsində Bakı Şəhəri Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə  8  nəfər direktor vəzifəsinə işə qəbul edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ABC.AZ-a bildirilib ki, 20 məktəbin direktoru yerdəyişmə ilə digər ümumi təhsil məktəblərinə təyinat alıb.

"18 məktəb direktoru (19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli tam orta məktəblər) ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. (14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, 4 nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar).

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə BŞTİ tərəfindən 2020-2021-ci dərs ili üçün 958 vakansiya təqdim olunub" deyə məlumatda qeyd olunub.

 

Bütün xəbərlər