Bakı Fond Birjası sabah AMB-ın notlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək

17:14 - 30.01.2018


30 yanvar, Fineko/abc.az. Bakı Fond Birjası sabah Azərbaycan Mərkəzi Bankın (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək.

Birjanın məlumatında deyildiyi kimi, emissiyanın məbləği 250 milyon manat, hər notun nominal dəyəri 100 manatdır.

“Notların tədavül müddəti 28 gün təşkil edəcək, ödəmə tarixi 2018-ci ilin fevral ayının 28-dir”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər