“TikTok”a rəqib gəlir - "YouTube"-dan yeni proqram

10:06 - 15.09.2020


15 sentyabr, Fineko/abc.az. "YouTube" qısa videoçarxların yaradılması üçün özünün "YouTube Shorts" xidmətini istifadəyə verəcək.

ABC.AZ-ın məlumatına görə, "YouTube" istifadəçiləri videoçarxları 15 saniyəyə qədər müddətdə bölüşə biləcəklər.

Proqrama paylaşılacaq videoya musiqi əlavə etmək olacaq, istifadəçilər həmçinin bir neçə çarxı birləşdirə biləcəklər.

"Beta-versiya" əvvəlcə Hindistanda, sonra başqa ölkələrdə istifadəyə veriləcək. İddia olunur ki, "YouTube Shorts" "Tik Tok"-a rəqib kimi yaradılır.

Qeyd edək ki, Çin “TikTok” proqramını istifadəyə verdikdən sonra, 2019-cu ildə dünyada qısa müddətli videoçarxlar daha populyar olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər