Alimlərdən daha bir tapıntı – COVID 19-u zərərsizləşdirən zülal aşkarlanıb

10:17 - 15.09.2020


15 sentyabr, Fineko/abc.az. Alimlərdən ABŞ-ın Pittsburq Universitetinin alimləri koronavirusu tamamilə zərərsizləşdirməyə qadir olan zülalı aşkarlayıblar.

ABC.AZ-ın məlumatına görə, söhbət COVID-19-a qarşı yaradılan “Ab8” preparat üçün istifadə edilən antiteldən 10 dəfə kiçik olan zülali birləşmədən gedir.

Alimlər kiçik zülalın toxumalara yayılma qabiliyyətinin daha yüksək olduğunu və bunun virusun zərərsizləşdirilməsi üçün daha yaxşı olduğunu iddia edirlər.

Həmçinin bildirilir ki, onun molekulları insan hüceyrələrinə bağlanmır, bu da əlavə mənfi təsirləri minimallaşdırmağa imkan verir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər