Üç şəhər və rayonda bağçalar bu tarixdən fəaliyyətə başlayacaq – Siyahı

10:44 - 15.09.2020


15 sentyabr, Fineko/abc.az. Bu gündən Azərbaycanda dövlət və özəl uşaq bağçaları fəaliyyətini bərpa edir.

ABC.AZ-ın məlumatına görə, Operativ Qərargahın qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bağçaların bir qədər gec, 1 oktyabr 2020-ci il tarixindən açılmasının səbəbi əhalinin sayı və sıxlığının daha yüksək olmasıdır.

Bu, həm də bağçalarda müvafiq hazırlıq işlərinin görülməsi, dezinfeksiya işlərinin aparılması üçün daha uzun müddətin tələb olunması ilə əlaqəlidir.

 

Bütün xəbərlər