Azərbaycanın idxalını artırdığı məhsul – Hesabat

10:53 - 15.09.2020


15 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın idxal etdiyi südün həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə ölkəyə 11,6 min ABŞ dolları dəyərində 6,9 ton süd idxal edib.

Müqayisə üçün qeyd edək ki, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 2,2 min dollar (23,7%) və 1,2 ton (21,1%) çoxdur. Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0,2%-ni təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər