330x110
 

Bu sığorta şirkətinin gələcəyi müzakirə olunacaq – Detallar

15.09.2020,11:16


15 sentyabr, Fineko/abc.az. Daha bir sığorta şirkətinin səhmdarlarının toplantısı keçiriləcək.

ABC.AZ xəbər verir ki, bu “Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyətidir. Səhmdarların növbədənkənar ümumi yığıncağı şirkətin gələcək fəaliyyətinin müzakirəsi üçün nəzərdə tutulub.

Yığıncaq 16 oktyabr 2020-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, R.Muxtarov küçəsi 38 ünvanında keçiriləcək.

Müəllif: Elmir Murad