Azərbaycan Türkiyədən idxalı artırıb – Hesabat

11:53 - 15.09.2020


15 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 2,89 mlrd. ABŞ dolları təşkil edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu  ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% çoxdur.

Sözügedən dövrdə Azərbaycandan Türkiyəyə 1,91 mlrd. dollarlıq ixrac həyata keçirilib. Bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 10,1% çoxdur.

İdxalın həcmi isə 0,98 mlrd. dollara bərabər olub ki, bu göstərici ötən ilin ilk səkkiz ayı ilə müqayisədə 0,9% artıb.

 

Bütün xəbərlər