Gürcüstanın Azərbaycana nə qədər borcu var? – Məbləğ

12:08 - 15.09.2020


15 sentyabr, Fineko/abc.az. Gürcüstanın Azərbaycana dövlət borcu azalıb.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin hesabatında deyilir.

Belə ki, bu ilin sentyabrın 1-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana olan borcu 422 min dollar azalaraq 5,68 milyon ABŞ dolları olub.

Qeyd edək ki, Gürcüstanın ümumi xarici borcu 6,7 milyard ABŞ dolları təşkil edir.

Bunun da 6,5 milyard dolları hökumətin payına düşür. Gürcüstanın Türkiyə, Rusiya, ABŞ və digər ölkələrə olan borcunun da həcmi bir qədər azalıb.

 

Bütün xəbərlər