330x110
 

Turizm Assosiasiyası regionlarda nümayəndəlik açıb - 5 bölgədə

15.09.2020,12:17


15 sentyabr, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyası (AZTA) Şimal - Şərq, Şimal - Qərb, Qərb və Cənub regionlarında beş yeni nümayəndəliyini açıb.

AZTA-dan ABC.AZ-a daxil olmuş məlumatda bildirilir ki, yeni yaradılan nümayəndəliklər yerləşdikləri bölgələrdəki turizm potensialının daha da yaxşı öyrənilməsi və daxili turizmin inkişafı üçün yeni imkanların yaradılmasına xidmət edəcək.

Turizm potensialının öyrənilməsi və təşviqi ilə yanaşı, AZTA yerli əhalinin mikro və kiçik sahibkarlıq fəaliyyətinə cəlb edilməsi ilə, regionlarda məşğulluq prosesinə də öz töhfəsini verəcək. Xüsusilə də kənd yaşıl turizmi və aqrar turizmin inkişafı üçün böyük imkanlar yaranacaq.

Müəllif: Elmir Murad