330x110
 

Qonşu ölkədə koronavirusa yoluxma sürətlə artır – Rekord say

15.09.2020,12:36


15 sentyabr, Fineko/abc.az. Gürcüstanda yenidən yoluxma sayı rekord həddə artıb.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 170 yeni yoluxma qeydə alınıb. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə bu gün sağalan olmayıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 2, 562 nəfərə çatıb. Onlardan 1,369 nəfəri isə tam olaraq sağalıb.

Ümumilikdə 19 nəfər sözügedən virusdan həyatını itirib. Hazırda ölkə üzrə karantində, 6,633 stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Müəllif: Elmir Murad