330x110
 

Valyuta hərracında AMB banklara $54,4 mln. satıb

15.09.2020,12:47


15 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, valyuta hərracında sentyabrın 15-də banklara $54,4 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $54,4 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.