“AS İnşaat”-ın tikdiyi binada ölüm hadisəsi - Cinayət işi başlandı

14:06 - 15.09.2020


15 sentyabr, Fineko/abc.az. Sentyabrın 14-də saat 10 radələrində Yasamal rayonu ərazisində inşaatı aparılan çoxmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yasamal rayon Prokurorluğundan ABC.AZ-a daxil olan məlumata görə, dərhal hadisə yerinə və meyitə baxış keçirilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, Yasamal rayonu ərazisində “AS İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşaatı aparılan hündürmərtəbəli binada fəhlə işləyən Nəcməddin Məstəliyev həmin binanın 11-ci mərtəbəsində taxta parçalarını iplə aşağı endirərkən müvazinətini itirərək yıxılıb və nəticədə aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanıb.

 

Bütün xəbərlər