Səkkiz ayda adambaşına bu qədər ÜDM düşüb - Məbləğ

14:20 - 15.09.2020


15 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda bu ilin yanvar-avqust ayları ərzində istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi məlum olub.

ABC.AZ xəbər verir ki, sözügedən dövrsə 35,2%-i sənaye, 11,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6%-i nəqliyyat və anbar təsərrüfatı, 7,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,1%-i tikinti, 2%-i informasiya və rabitə, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 4 611,7 manata bərabər olub.

 

Bütün xəbərlər