Səkkiz ayda 376,2 milyon dollar dəyərində ixrac olunan məhsul – Hesabat

15:11 - 15.09.2020


15 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 373 min ton meyvə-tərəvəz ixrac olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, hesabat dövründə ixrac olunan meyvə-tərəvəzin dəyəri 376,2 milyon dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni aylarında 361,7 milyon dollar dəyərində 365 min ton meyvə-tərəvəz ixrac olunub.

 

Bütün xəbərlər