330x110
 

Yoluxanlarla bağlı günün statistikası – 2 nəfər öldü

15.09.2020,16:19


15 sentyabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 114 yeni yoluxma faktı qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, bu gün 138 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.