Büdcədə kəsir yaranıb – Səbəb

17:12 - 15.09.2020


15 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 15 milyard 954,7 milyon manat, xərcləri isə 16 milyard 356,2 milyon manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% və 11,2% çoxdur.

Son nəticədə büdcədə 401,5 milyon manat kəsir yaranıb. Qeyd edək ki, yanvar-iyul aylarının yekunununda büdcə kəsri 182,4 milyon manat təşkil etmişdi.

 

Bütün xəbərlər