Dünyanın diqqəti ABŞ-da – Fed faiz dərəcələrini açıqlayacaq

11:10 - 16.09.2020


16 sentyabr, Fineko/abc.az. Bu gün ABŞ Mərkəzi Bankı (Fed) növbəti dəfə faiz dərəcələrini açıqlayacaq.

ABC.AZ xəbər verir ki, dünyanın ən böyük banklarından olan Fed qərarını  Bakı vaxtı ilə saat 22:00-da bildirəcək.

Hazırda Fed-in faizi 0-25% aralığındadır. Mütəxəssislər hesab edir ki, Fed faiz dərəcələrində daha rahat bir yanaşmaya keçəcək. Güman olunur ki, Fed faiz dərəcələrini stabil saxlamağın tərəfdarıdır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər