Azərbaycanda nağdsız hesablaşmaların həcmi 800% artıb

31.01.2018,12:24


31 yanvar, Fineko/abc.az. Azərbaycan Konqreslər Bürosunda açıq qapı günü keçirilmişdir.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki,  Büronun fəaliyyətinin əsas göstəricisi Bakı Ticarət Festifalının (Baku Shopping Festival) keçirilməsidir.

“Birinci festivalda 200 təşkilat iştirak etmişdirsə, ikinci festivalda təşkilatların sayı 650-ni ötdü, həmçinin festivalın dövriyyəsi əhəmiyyətli dərəcədə artmışdır. Əgər Azərbaycanda ümumilikdə turizmin inkişafı nağdsız hesablaşmaların 70% artımına gətirib çıxarmışdırsa, o zaman ticarət festivalı dövründə nağdsız hesablaşmaların həcmi 800% artmışdır”, - nazir belə deyib.

Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən təxminən 20 milyon insan Bakıda ticarət festivalının keçirilməsi barədə məlumat alıb.

 

 

Açar sözlər: Shopping Festival