330x110
 

Bu məhsulların istehsalı artıb – Siyahı

16.09.2020,14:31


16 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda istehsal olunmuş papiros  və siqaretlərin dəyəri, o cümlədən tütünün həcmi məlum olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 8 ayda 183,2 mln. manat dəyərində 4 918,3 mln. ədəd papiros və siqaretlər və 3 096,9 ton fermentləşdirilmiş tütün istehsal edilib.

Müqayisə üçün qeyd edək ki, ilin ilk səkkiz ayında ötən ilin eyni dövrünə nisbətən ölkədə tütün istehsalı 38,7% artıb.

Müəllif: Elmir Murad