Bu qurum regional dağ-mədən şirkətinə çevriləcək – Strategiya hazırlanıb

15:15 - 16.09.2020


16 sentyabr, Fineko/abc.az. Əlvan metal filizlərin hasilatı sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədi ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2025-ci (ortamüddətli) və 2035-ci (uzunmüddətli) korporativ strategiyası hazırlanıb.

QSC-dən ABC.AZ-a daxil olmuş məlumatda bildirilir ki, ötən ildən etibarən nüfüzlu beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə başlanan proses çərçivəsində sənayedə əsas tendensiyaların müəyyən edilməsi, dövlətin maraq və hədəfləri nəzərə alınmaqla Cəmiyyətin icra edəcəyi fəaliyyətə dair əsas maliyyə və əməliyyat göstəricilərinin proqnozlaşdırılması, strateji variantların prioritetləşdirilməsi və strategiya sənədinin icrası üzrə yol xəritəsinin tərtib edilməsi kimi işlər aparılıb. Nəticədə strategiya sənədi 14 sentyabr 2020-ci il tarixində Cəmiyyətin Ümumi Yığıncağı qismində İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilib.

Bu strategiyanı həyata keçirməklə Cəmiyyətin 2035-ci ilədək regional miqyasda irihəcmli dağ-mədən şirkətə çevrilməsi əsas strateji baxışı olaraq müəyyən edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər