330x110
 

Azərbaycandan xaricə böyük məbləğdə pul keçirmək istərkən yaxalandı - Gömrükdə

16.09.2020,15:35


16 sentyabr, Fineko/abc.az. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda xarici valyutanın bəyan edilmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısını alıblar.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, Bakı-Dubay aviareysi ilə gedən Gürcüstan vətəndaşı saxlanılıb.

Sərnişin gömrük nəzarəti zonasına daxil olarkən valyutanı gömrük orqanına əvvəlcədən şifahi, elektron və ya yazılı formada bəyan etməyib.

Yoxlama zamanı onun əl çantasının ciblərində, gömrük nəzarətinə bəyan edilməyən 53 000 ABŞ dolları aşkar edilib.