Nazir: ictimai iaşə obyektləri turistlər və yerli vətəndaşlara vahid qiymətlər təklif etməlidir

31.01.2018,12:41


31 yanvar, Fineko/abc.az. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, turistlərə xidmət göstərən obyektlərin rəhbərlərinə qiymət siyasətini təkrar nəzərdən keçirməyi tövsiyə edib.

Nazir Əbülfəs Qarayev deyib ki, bəzi ictimai iaşə obyektləri qeyri-sağlam rəqabət aparır.

“Onlar hətta turistlər və yerli vətəndaşlar üçün fərqli-fərqli qymətlər təklif edirlər. Buna yol verilməməlidir”, - bunu nazir deyib.

Onun sözlərinə görə, turistlərə xidmət göstərən obyektlər, xidmət keyfiyyətinin artırılması, eləcə də rəqabətə davamlılığın dəstəklənməsi üçün, vahid qiymət siyəsəti və güzəşt şərtləri tətbiq etməlidirlər.