Azərbaycanda işsizlik səviyyəsi açıqlanıb – Hesabat

16:09 - 16.09.2020


16 sentyabr, Fineko/abc.az. 2020-ci il sentyabrın 1-i vәziyyәtinә ilkin mәlumatlara әsasәn iqtisadi fәal әhalinin sayı 5 milyon 238,6 min nәfәr olub, onlardan 4 milyon 884,7 min nәfәrini mәşğul әhali tәşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə işsizlik səviyyəsi 7,2% təşkil edib.

Cari il avqustun 1-i vәziyyәtinә muzdla işlәyәnlәrin sayı 1 milyon 681,2 min nәfәr, o cümlәdәn iqtisadiyyatın dövlәt sektorunda 909,8 min nәfәr, qeyri-dövlәt sektorunda isә 771,4 min nәfәr tәşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 34,1 min nәfәr, qeyri neft-qaz sektorunda isә 1 milyon 647,1 min nәfәr çalışıb.

 

Bütün xəbərlər